Sentyabr 11, 2025-13:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Regionlarda pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə təlimlər keçirilib

2024:08:07 - 17:17
in İQTİSADİYYAT
A A

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi regionlarda pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə təlimlər keçirib. Təlimlər FAO-nun icra etdiyi və Qlobal Ekoloji Fondun maliyyələşdirdiyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və daimi üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində reallaşıb.Ofisdən AZƏRTAC-a verilən məlumata görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) tabeliyindəki Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin və Cəngi Pestisid Poliqonunun işçi heyəti üçün keçirilən təlimlərin əsas məqsədi pestisid poliqonunun idarə edilməsinin təkmilləşdirilməsi olub.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin koordinasiya etdiyi “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrlə, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılması ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə əsas İşçi Qrupun tərkibində yaradılmış Ekspertlər Qrupu üçün keçirilən təlimlər nəzəri və praktiki hissədən ibarət olub.AXA-nın əməkdaşları da daxil olmaqla, 25 nəfər işçi heyətinin iştirak etdiyi dördgünlük təlimin nəzəri hissəsi Mingəçevir şəhərində keçirilib. Praktiki hissəyə aid olan sahə səfərləri isə Yevlax rayonu ərazisindəki pestisidlərlə çirklənmiş ərazidə FAO-nun beynəlxalq mütəxəssisinin iştirakı ilə təşkil edilib.

 

Əvvəlki Yazı

Polkovnik: Dünyadakı mövcud gərginlik vətənpərvərlik tərbiyəsinin önəmini artırmaqdadır

Növbəti Yazı

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.