İrandan hücum olacağı təqdirdə İsrailin baş naziri Benyamin Netanyahu ailəsi ilə birlikdə Qüds yaxınlığındakı bunkerdə hücumu gözləməyi planlaşdırır. Bu barədə Wall portalı məlumat yayıb.
Onun mənbələri göstərir ki, Netanyahu, arvadı və oğlu evdə İranın “əsas cinayətkarların evlərinə” zərbə endirmək təhdidlərini ciddi qəbul ediblər. Eyni zamanda, İsrail baş nazirinin ofisi bu məlumatı təkzib edir. (Tass)