Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəşad Allahverdiyev və Feyruz Niftullayevə hökm oxunub.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmənin qərarı ilə R.Allahverdiyev 8 il 6 ay, F.Niftullayev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı R.Allahverdiyevin 9 il, F.Niftullayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Kürdəxanı qəsəbəsində R.Allahverdiyev və F.Niftullayev paytaxt sakini Dərya Məhərrəmzadəyə qarşı quldurluq edib. Onlar vətəndaşı yumruqla döyüb, bıçaqla hədələyərək mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.
R.Allahverdiyev və F.Niftullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri itihham olunub.