Avqust 21, 2025-4:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihənin təqdimatı keçiriləcək

2024:08:08 - 16:56
in İQTİSADİYYAT
A A
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC və “AZCHEMCO” MMC şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsində yeni mərhələyə keçiblər.Bu barədə “Report” xəbər verir.“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə “AZCHEMCO” MMC arasında Əməkdaşlıq Memorandumu imzalandıqdan sonra bu qurumların nümayəndələri şoranlaşmış torpaqlardan nümunələrin götürüləcəyi sahələrin müəyyən edilməsi məqsədilə Azərbaycanın rayonlarına səfər ediblər. Nəticədə Ağdaş rayonunda seçilmiş sahədə “Azelab” və “İntertek” laboratoriyalarının mütəxəssislərinin nəzarəti altında 30 sm, 60 sm və 90 sm dərinlikdən torpaq nümunələri götürülüb.Torpaqlar götürülmə dərinliyinə uyğun olaraq xüsusi hazırlanmış qurğuya yerləşdirilib və “Drip-Drop 369” aqrokimyəvi maddəsindən istifadə olunmaqla damcı suvarma üsulu ilə işlənməyə başlanılıb. Torpağın bərpasından və pH-ın tənzimlənməsindən sonra həmin kanallarla şirkətimizin maye və suda həll olunan gübrələri veriləcək”, – “AZCHEMCO” MMC-nin vitse-prezidenti Rifat Sultanzadə müsahibəsində bildirib.“AZCHEMCO” MMC-nin mütəxəssislərinin sözlərinə görə, indiki mərhələdə qurğuda olan torpaq “Drip-Drop 369” məhsulu ilə tam təmizlənib: “Nümunənin götürülməsi torpağın dəyişmiş tərkibini təhlil etmək və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə tədbirlər planının hazırlanması üçün zəruridir”.Xatırladaq ki, şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək. Bu innovativ layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdimatı planlaşdırılır.
Əvvəlki Yazı

Naxçıvanda COP29-la bağlı konfrans keçirilir

Növbəti Yazı

Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərracları elan edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.