Avqust 21, 2025-21:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

2024:08:08 - 16:41
in SOSİAL
A A

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminarda Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəmin “Nüvə astrofizikasının əsasları” mövzusunda məruzəsi dinlənilib.Məruzədə nüvə astrofizikası, ulduzların və digər astrofizik obyektlərin daxilində baş verən nüvə prosesləri, kainatın kimyəvi tərkibi, ulduzların enerji mənbələri və kosmik hadisələrin dinamikasından bəhs olunub. Qeyd edilib ki, massiv ulduzların daxilində gedən reaksiyalar zamanı ağır elementlərin sintezi baş verir. Nüvə sintezi nəticəsində və ya ifratyeni partlayışlarda dəmir, nikel və digər ağır elementlər yaranır. Bu proseslər kainatdakı elementlərin müxtəlifliyini, nüvə astrofizikasında nəzəri modellər və kompüter simulyasiyaları ulduzların təkamülünü, ifratyeni partlayışları və digər nüvə proseslərini anlamağa kömək edir.Nüvə astrofizikası ulduzların, qalaktikaların və ümumiyyətlə, kainatın təkamülünü daha yaxşı anlamaq üçün çox mühüm bir sahədir. Bu sahədə aparılan tədqiqatlar, həmçinin kosmologiya, zərrəcik fizikası, nəzəri fizika və kimya kimi digər elmi sahələrə töhfə verir.Ulduzların kimyəvi tərkibi ilə məşğul olan məruzəçi elmi fəaliyyətini bu sahədə davam etdirməyi planlaşdırır.Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılaraq, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki Yazı

Netanyahu deyib ki, o, İsrailə kömək edə bildiyi müddətcə hakimiyyətdə qalmaq niyyətindədir

Növbəti Yazı

“Nokia” İsveçrədə müşahidə pilotsuz təyyarələri şəbəkəsinin yerləşdirilməsinə kömək edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.