“Məktəbəqədər təhsil müəssisəsində təhlükəsiz öyrənmə mühitinin təmin olunmasında pedaqoji heyətin rolu” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün təşkil olunan təlimdə 40, 76, 86, 90, 138, 141, 151, 158, 159, 177, 178, 193, 210, 211, 215, 219, 234, 238, 266, 272, 274, 291, 292, 294, 295, 296, 297, 298, 327, 328, 329 nömrəli, həmçinin “Sahil” və “Delfin” körpələr evi və uşaq bağçalarının rəhbərləri və metodistləri iştirak ediblər.
Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və TDM-in metodisti Fərqanə Seyidli və psixoloqu Heyran Səfərova məktəbəqədər təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsində pedaqoji liderliyin və heyətin rolu, valideynlərlə münasibətlərin tənzimlənməsində peşəkar etikanın əhəmiyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Təlimlərin paytaxtdakı digər dövlət məktəbəqədər təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.