Siyasi ekspert Fuad Hüseynəliyev “ARB24” televiziya kanalına müsahibəsində bildirib ki, Avropa İttifaqının Ermənistanla münasibəti sırf Azərbaycanın əleyhinə deyil.
Ritorika.az xəbər verir ki, ekspert F.Hüseynəliyev ABŞ-nin iki hərbi təyyarəsinin Ermənistana göndərilməsi ilə bağlı “ARB24” televiziya kanalına müsahibə verib.
O Aİ-Ermənistan münasibətinə toxunaraq bildirib ki, Aİ-nin diplomatik proqramına Azərbaycanla sülh müqaviləsinin imzalanmaması, Ermənistanın müharibədə tam olaraq məğlub olması faktları da daxildir:
“Müharibə vaxtı Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü kimi, həm də Rusiya ilə hərbi-strateji əməkdaşlıq çərçivəsində Rusiyadan da dəstək istəyib. Rusiya beynəlxalq standartlara uyğun olaraq bu məsələyə qarışmayıb”.
Siyasi şərhçi qeyd edib ki, buna baxmayaraq, Rusiya 44 günlük müharibədə Ermənistana lokal şəkildə hərbi yardım göstərib.