Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Qənbər Teymur oğlu Yarıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.“Report”un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Salyanda ailəsinə təhvil verilib.Hazırda şəhidlə vida mərasimi keçirilir.Qeyd edək ki, Qənbər Teymur oğlu Yarıyev 1966-cı il dekabrın 6-da anadan olub. O, 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndində itkin düşüb. Q.Yarıyevin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.Q.Yarıyev Salyan rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.