İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddəki ərazinin təmizlənməsini başa çatdırır və artıq hücum vəziyyətindədir. Bu açıqlama ilə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi çıxış edib.
“Çətin startdan sonra təmas xəttini formalaşdırırıq. Çoxlu terrorçuları öldürmüşük – kim yaxınlaşsa öldürüləcək. Ərazimizdə terrorçu olmaması üçün ərazini təmizləməyi başa çatdırırıq və eyni zamanda artıq hücuma keçmişik.Bizim hələ çox vəzifəmiz var, güclü olmalıyıq.Hər şey pis başladı və düşmən tərəfi üçün çox pis başa çatacaq”, – Herzi Halevi bildirib. (Tass)