Çexiyanın Baş naziri Petr Fiala respublikanın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin tərəfdarı olub. Bu barədə siyasətçi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
“Mən uzun müddətdir ki, Çexiya səfirliyinin Qüdsə köçürülməsi ideyasını dəstəkləyirəm. Əminəm ki, hazırda bu, [çox] arzuolunan addım olardı”, – baş nazir yazıb. O, bu məsələni Çexiya hökumət koalisiyasına daxil olan partiyaların liderləri ilə müzakirə etmək niyyətindədir.
Fiala həmçinin Aİ-nin Fələstin Milli Administrasiyasının idarə etdiyi əraziyə icmanın maliyyə axınlarını nəzərdən keçirmək qərarını alqışlayıb.
Respublikanın eks-prezidenti Miloş Zeman fəal şəkildə Çexiya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsində israr edib. (Tass)