Fələstin tərəfi İsrailin Qəzza zolağına hücumunun yaxın gələcəkdə başlaya biləcəyini gözləyir.
“Elektrik enerjisinin verilməsinin dayandırılması çox güclü siqnaldır. Biz bu elektrik enerjisinin pulunu ödəyirik, qalan hər şeyi də ödəyirik. Bu o deməkdir ki, İsrail Qəzza zolağına hücuma hazırlaşır, bu, bu gün və ya sabah başlayacaq”, – diplomat bildirib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Fələstin anklavına ərzaq, yanacaq və elektrik enerjisinin verilməsinin dayandırılmasını nəzərdə tutan Qəzza zolağının tam blokadaya alınmasına göstəriş verib. (Taas)