Malidə Kiyevin bu ölkədə terrorçularla əlbir olmasına qarşı nümayişlər keçirilib. İnfo Matin portalı xəbər verir ki, ən böyük nümayiş Kutiala şəhərində keçirilib.
Aksiya “Biz Malinin ərazi bütövlüyünə hörmətin tərəfdarıyıq!”, “Ukraynaya ar olsun!” şüarları altında keçirilib. Onlar müvəqqəti prezident Assimi Qoitanın başçılıq etdiyi keçid hakimiyyətinin apardığı Malinin suverenliyinin təmin edilməsi siyasətini dəstəkləyən “Vital Forces” qeyri-hökumət koalisiyası tərəfindən təşkil edilib. (Tass)