Sentyabr 12, 2025-21:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər

2024:08:15 - 17:30
in SOSİAL
A A
COP29 Könüllüləri Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parklardan birində “Təkrar emal fəalları” adı altında növbəti təmizlik aksiyası keçiriblər.Bu barədə “Report”a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, aksiya zamanı könüllülər park ərazisini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün “Təmiz Şəhər” ASC-yə təhvil veriblər.Ekoloji aksiya çərçivəsində könüllülər parkda istirahət edən sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar. Könüllülər həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı barədə sakinləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.Ekoloji tədbir “Təmiz Şəhər” ASC-nin tullantılarının idarəedilməsi fəaliyyəti ilə tanışlıqla davam edib. Aksiya çərçivəsində toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilib. Müəssisəyə baş çəkən könüllülər tullantıların düzgün idarə edilməsi təcrübələri, müasir emal sistemləri və tendensiyalar haqqında faydalı məlumatlar əldə edib, tullantıların çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əyani izləyə biliblər.Qeyd edək ki, bu təşəbbüs COP29 könüllüləri tərəfindən iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.
Əvvəlki Yazı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistanı Müstəqillik Günü münasibətilə təbrik edib

Növbəti Yazı

Baş prokuror Xətai rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.