Nyu-Yorkda İsrailin BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi binanın yaxınlığında artıq ikinci gündür ki, İsrail tərəfdarları və əleyhdarlarının mitinqləri keçirilir. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bazar günü ilə müqayisədə aksiya iştirakçılarının sayı artıb, hər iki mitinqdə 200-300 nəfər iştirak edir. İsrail tərəfdarları girovların azad edilməsini, əleyhdarları Fələstinə azadlıq, öz dövlətini yaratmaq hüququ və Qəzza zolağına hücumlara son qoyulmasını tələb edirlər.
İkinci prospektdə mitinqlərin keçirildiyi ərazidə güclü polis var, lakin vəziyyət hələ də sakitdir. (Tass)