İsrail ordusu Qəzza-Misir sərhədi yaxınlığında HƏMAS-ın 50 tunelini məhv etdiyini bildirib
/TASS/. İsrail Ordusu (IDF) Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizi adlanan ərazidə radikal HƏMAS hərəkatının 50 tunelinin məhv edildiyini bildirib.
“Əsgərlər bir aydır ki, Rəfahdakı Filadelfiya dəhlizində əməliyyat apararaq, yeraltı terror infrastrukturunu müəyyənləşdirib və məhv ediblər. Son bir həftə ərzində HƏMAS-ın 50-yə yaxın tuneli dağıdılıb”, – deyə ordunun mətbuat xidmətinin bəyanatında açıqlanıb.