Avqust 29, 2025-2:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

2024:08:16 - 16:40
in MƏDƏNİYYƏT
A A

Unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 99-cu ildönümü onun doğulduğu Şəki şəhərində ehtiramla anılıb.Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.Sonra xatirə tədbiri Bəxtiyar Vahabzadənin şəhərin “Yuxarı Baş” məhəlləsində yerləşən ev-muzeyində davam etdirilib. Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanın söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.Bildirilib ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Bəxtiyar Vahabzadə Vətəninə, doğulduğu yerə, soya bağlı bir insan olub, anadan olduğu yurdu – Şəkini çox sevib. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kolorit, iti və ağıllı zəka, dərin düşüncə tərzi özünü göstərir. Daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan bu unudulmaz şəxsiyyətin zəngin yaradıcılığı poeziyamızın, şerimizin cövhəri olub.Diqqətə çatdırılıb ki, Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəkinin mərkəzi parklarından birində şairin büstü qoyulub, şəhərdəki məktəb və küçələrdən birinə onun adı verilib.Tədbirdə şairin şeirləri səslənib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Əvvəlki Yazı

Həkim: “Qəbələdə toy məclisində zəhərlənənlərin hamısı gecə evə buraxılıb”

Növbəti Yazı

Kərbəlayi Səfixan Qarabaği haqqında videoçarx hazırlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.