İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah təşkilatının hərbi obyektlərinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr Livan ərazisinin cənub hissəsindəki Markaba, Ramya və Kfar Hammam yaşayış məntəqələri ərazilərindəki hədəflərə endirilib.
Bundan əlavə, İsrail artilleriyası Livanın cənubundakı ərazilərə “təhdidləri aradan qaldırmaq üçün zərbələr endirib”. (Tass)