Avqust 18, 2025-3:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əkizlərdən biri ABŞ, digəri Britaniya universitetinə qəbul oldu – BANM məzunlarının uğuru

2024:08:19 - 11:00
in SOSİAL
A A
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə məzunları Rəşad və Rəşid Azadlı qardaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıblar. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, eyni qrupda təhsil alıblar.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Rəşad Azadlı ABŞ-ın Texas A&M Universitetinin təhlükəsizlik mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. O, 2019-cu ildə 679,3 balla BANM-ə qəbul olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. Ölkə daxilində və xaricində bir sıra yay məktəblərində iştirak edib. “bp Summer Engineering School”, bp-nin təlim düşərgəsi və Polşanın Krakov şəhərində keçirilən “SPINAKER yay məktəbinin II buraxılışı”nın iştirakçısı olub.

Rəşid Azadlı Britaniyanın Mançester Universitetinin bərpaolunan enerji və təmiz texnologiya ixtisasında magistratura təhsili alacaq. O, 2019-cu ildə 663 balla BANM-ə qəbul olub. Tələbəlik illərində “SOCAR UPSTREAM Management International MMC” şirkəti və “Bahar Energy” əməliyyat şirkətində təcrübə keçib. SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. BANM-ın Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak edib, fərqlənmə dərəcəsinə layiq görülüb. “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak edib.

 

Əvvəlki Yazı

İmran Xan Oksford Universitetinin rektoru vəzifəsinə namizədliyini irəli sürüb

Növbəti Yazı

Rusiya Ukraynanın Kursk vilayətində Seym çayı üzərindən keçən sonuncu körpünü dağıtdığını bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.