Avqust 27, 2025-6:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İndoneziya “ASAN xidmət”dəki innovasiyaları öyrənməyə davam edir

2024:08:19 - 14:00
in SİYASƏT
A A

İndoneziya Respublikasının Cakarta Şəhər Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi sahəsində Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllərlə yaxından tanış olub.

Görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Memorandumun icrası çərçivəsində “ASAN xidmət” modeli əsasında İndoneziya Respublikasında, eləcə də paytaxt Cakarta şəhərində Dövlət Xidmətləri mərkəzlərinin fəaliyyəti vurğulanıb.

İndoneziya tərəfi öz növbəsində “ASAN xidmət” modelinin orada uğurla tətbiqini diqqətə çatdırıb. Qeyd edilib ki, “ASAN xidmət”də tətbiq olunan yeniliklərin bundan sonra da onlarla paylaşılmasından məmnun olacaqlar.

Səfər zamanı dövlət xidmətlərinin dizaynı sahəsində görülən işlərə və “ASAN xidmət”də tətbiq olunan rəqəmsal həllərə dair geniş təqdimat edilib.

Qonaqlar 7 saylı Bakı və Şamaxı “ASAN xidmət” mərkəzlərinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Əvvəlki Yazı

İlham Əliyev: Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur

Növbəti Yazı

Dövlət başçısı: Əminəm ki, Prezident Vladimir Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.