Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna hakimiyyətini səfiri Tbilisidən geri çağırmaq qərarına yenidən baxmağa çağırıb.
Kobaxidze gürcü jurnalistlərə deyib: “Əgər kimsə nəyisə yenidən nəzərdən keçirməlidirsə, bu, Ukrayna hakimiyyətidir və səfiri geri çağırmaq qərarına yenidən baxmalıdır, bu son dərəcə qeyri-dost addımdır”.
Gürcüstan hökuməti sədrinin qeyd etdiyi kimi, Ukrayna iki səbəbə görə öz səfirini Gürcüstandan geri çağırıb. Birinci səbəb Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsi, ikinci səbəb isə Tiflisin mütəşəkkil şəkildə Ukrayna tərəfində döyüşmək üçün könüllülər göndərməkdən imtina etməsi olub.
Kobaxidzenin sözlərinə görə, buna baxmayaraq, Gürcüstan Ukrayna ilə birtərəfli dostluq rejimində qalmaqda davam edəcək, çünki “Ukrayna xalqına bu lazımdır”. (Tass)