İyun 27, 2025-10:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

2024:08:20 - 15:02
in SOSİAL
A A

Ölkəmizdə səfərdə olan Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində 5 saylı Bakı DOST Mərkəzində olub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinin üzvlərinə DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib.Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və artıq 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin, Şuşada Qarabağ Regional DOST Mərkəzinin filialının açıldığı bildirilib.Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb. Ötən dövrdə DOST mərkəzlərində 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz olduğu qeyd edilib.Nümayəndə heyəti ilə görüşdə DOST konsepsiyası, sosial sahədə rəqəmsallaşdırma proqramının uğurları, əmək və məşğulluq sahələrində aparılan islahatlar və innovativ yeniliklər barədə təqdimatlar edilib.

 

 

 

Əvvəlki Yazı

Rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti Yazı

ÇXR Rusiya Federasiyası və Çinin beynəlxalq münasibətlər standartına çatdığını bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.