May 9, 2025-7:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərişıq” Gədəbəydə elektrik şəbəkəsini yeniləyir

2024:08:20 - 17:15
in SOSİAL
A A

“Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir. İnvestisiya layihəsi çərçivəsində Gədəbəyin də elektrik şəbəkəsi yenilənir. Ötən əsrin 60-70-ci illərindən qalma köhnə elektrik xətləri tamamilə müasir standartlara uyğun şəkildə yeniləri ilə əvəzlənir.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, Gədəbəyin 350 abonenti olan Xar-xar kəndində sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmini üçün işlər davam edir. Kənddə 0.4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 kVA-lıq transformator quraşdırılıb.

Rayonunun Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb.

Arıqıran və Zəhmət kəndlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri hələ də davam etdirilir. Yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.

“Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq paralel şəkildə bütün regionlarda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir. Bölgələrdə elektrik təsərrüfatının yenilənməsi abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması və elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.

Əvvəlki Yazı

Masazırda yeni məktəb binası inşa olunur

Növbəti Yazı

AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.