Biləsuvarda güllələnmə hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından güllə yarası alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.
Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.
Faktla bağlı araşdırma aparılır.