May 10, 2025-7:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ekspert: Moskva və Bakının qarşılıqlı fəaliyyəti regional miqyas alıb –  ŞƏRH

2024:08:20 - 17:30
in SİYASƏT
A A

Moskva və Bakının qarşılıqlı fəaliyyəti ikitərəfli çərçivədən çıxıb və regional miqyas alıb.

Bu barədə AZƏRTAC-a Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini və Prezident İlham Əliyevlə aparılan danışıqları şərh edən siyasi təhlilçi Rafiq İsmayılov deyib.

Agentliyin həmsöhbəti bildirib: “İlk növbədə, qeyd etmək lazımdır ki, bu, Putinin prezidentliyi dövründə Azərbaycana 8-ci səfəridir. Səfər dövlət statusu daşıyırdı və Kursk vilayətində yaranan vəziyyətə rəğmən Putinin onu həyata keçirməsi bu danışıqların əhəmiyyətini vurğulayır”.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya gündəliyinə siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə çoxdan ikitərəfli çərçivədən çıxmış və regional miqyas qazanan genişspektrli qarşılıqlı fəaliyyət daxildir.

“İki dövlətin gündəliyinə Azərbaycan ərazisindən qərb qolunun keçəcəyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması, Ermənistan-Azərbaycan nizamlanması, regiondankənar dövlətlərin Cənubi Qafqazda işlərə destruktiv müdaxiləsi ilə bağlı son tendensiyalar, neft-qaz sahəsində əməkdaşlıq kimi aktual məsələlər daxildir. Regional və ikitərəfli əhəmiyyətli məsələlərin demək olar ki, bütün siyahısı üzrə tərəflərin mövqeləri oxşardır, amma burada daimi koordinasiya tələb olunur. Bir sözlə, tərəflərin müzakirə edəcəyi çoxlu məsələ var və bütün bunlar dövlət başçıları səviyyəsində sıx qarşılıqlı fəaliyyət tələb edir”, -deyə analitik qeyd edib.

İyirmi ildən artıqdır ki, Azərbaycan və Rusiya prezidentlərini siyasi qarşılıqlı əlaqələrin birləşdirdiyini qeyd edən Rafiq İsmayılov bu münasibətlərin çoxdan etimad, müəyyən mənada dostluq xarakteri aldığını və bunun dövlət başçılarına qeyri-rəsmi ünsiyyət səviyyəsinə keçməyə imkan verdiyini vurğulayıb. O əlavə edib ki, iki dövlətin liderləri arasında şəxsi münasibətlər dövlətlərarası əməkdaşlığın ümumi dinamikasına müsbət təsir göstərir.

Ekspert sözlərinə yekun vuraraq deyib: “Putin mətbuata verdiyi bəyanatda danışıqların nəticəsindən məmnun olduğunu bildirib. Öz növbəsində, Prezident İlham Əliyev 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirildiyini, ölkələrimizin müttəfiq, dost, yaxın tərəfdaş və qonşu kimi çıxış etdiyini bildirdi. Bu kontekstdə Azərbaycanın dövlət başçısı vurğulayıb ki, hazırkı vəziyyət Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır, həmçinin regionun sabitliyi Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan asılıdır. “Şimal-Cənub” layihəsi və neft-qaz sahəsində əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Düşünürəm ki, biz sazişlərin praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik. Ümumilikdə, danışıqların və bəyanatların xarakteri səfərin məhsuldar olduğunu bəyan etməyə imkan verir”.

Əvvəlki Yazı

Belarus ordusu Rusiya poliqonunda döyüş atışları həyata keçirib

Növbəti Yazı

Netanyahu əsas vəzifəni “HƏMAS-ı ləğv etmək” adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.