Avqust 25, 2025-16:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan mina problemi sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığı gücləndirir

2024:08:21 - 17:41
in SOSİAL
A A

Azərbaycanda yaradılacaq Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi ilə əlaqədar minatəmizləmə əməliyyatlarının icra edildiyi sahələrdəki fəaliyyətlə tanışlıq məqsədilə bölgələrə səfərlər planlaşdırılır.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası və Kamboca Krallığına işgüzar səfəri zamanı müzakirələr aparılıb.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, 2024-cü ilin 19-30 avqust tarixlərində davam edəcək səfərdə iştirak edən nümayəndə heyətinin tərkibi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, eləcə də Agentliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərindən ibarətdir.

Qeyd edilən ölkələr mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan ölkələr sırasındadır.

Agentlik xatırladıb ki, bu il 30-31 may tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə təşkil etdiyi “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans zamanı Agentlik və BMTİP arasında “Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi”nin yaradılmasında əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalanıb.

Qeyd edilib ki, işgüzar səfərin məqsədi yaradılacaq Mərkəzlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, mina problemi ilə üzləşmiş bir sıra xarici dövlətlərdə yerləşən müvafiq mərkəzlər və bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı təlim mərkəzləri və minatəmizləmə əməliyyatlarının icra edildiyi sahələrdəki fəaliyyətlə tanışlıq məqsədilə bölgələrə səfərlər planlaşdırılır.

Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə həmin ölkələrin və qeyd olunan regional təşkilatın ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir edəcəkdir.

Əvvəlki Yazı

XİN: Azərbaycan terrorizmlə mübarizədə həmişə ön sıradadır

Növbəti Yazı

Bu il parlament seçkilərini rekord sayda QHT müşahidəçiləri izləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.