İyun 19, 2025-12:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcma: Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsidir

2024:08:22 - 11:40
in SİYASƏT
A A

Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər.“Report” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.Qeyd edilib ki, yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib:”Xatırladaq ki, Oskanyan uydurma “dağlıq qarabağ respublikasının” mövcud olmayan “parlamenti” tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa “komissiyaya” sədrlik edir. Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Koçaryanın xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür?Toyvo Klaar kimilərinin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi gecə-gündüz “demokratiya”dan, “insan hüquqları”ndan danışanların əslində məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir”.Bəyanatda bildirilib ki, militarist gündəliyə malik uydurma “qurumlar”ın, Vardan Oskanyan ağılda olanların başçılıq etdiyi hansısa “komissiya”nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi, sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir”Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Naxçıvanda  “YAŞAT” Fondunun “Yay düşərgəsi”nin açılış mərasimi keçirilir

Növbəti Yazı

Azərbaycanda 7 ayda dövlət xəttilə 280 milyon manat ipoteka krediti verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.