Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Regional Perinatal Mərkəzdə baş verib.Xaçmaz rayonun Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin o və körpəsi əməliyyat zamanı ölüb.Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.Faktla bağlı araşdırma aparılır.