Sentyabr 10, 2025-2:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Fələstinin Fəth hərəkatının qurucularından biri əl-Qəddumi vəfat edib

2024:08:22 - 14:06
in DÜNYA
A A

Fələstin Fəth hərəkatının qurucularından və liderlərindən biri, Fələstin Azadlıq Təşkilatının (FAT) siyasi qanadının keçmiş rəhbəri Faruk əl-Qəddumi 94 yaşında vəfat edib. Bu barədə WAFA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əl-Qəddumi 1931-ci ildə Fələstinin Nablus şəhərinin ətrafında anadan olub. Qahirədə oxuyarkən Yasir Ərəfat və Salah Xələflə tanış olur. Onlarla və digər siyasətçilərlə, o cümlədən Fələstin prezidenti Mahmud Abbasla birlikdə Əl-Qəddumi 1950-ci illərin sonunda Fəth hərəkatının yaradılmasında iştirak edib və Fələstin Azadlıq Təşkilatına üzv olub. 1973-cü ildə Fələstin Azadlıq Təşkilatının siyasi qanadının rəhbəri təyin edilmiş və 2009-cu ilə qədər bu vəzifəni icra etmişdir. Əl-Qəddumi 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında imzalanmış qarşılıqlı tanınma sazişlərini kəskin tənqid edərək, bu cür razılaşmaların təşkilatın ilkin olaraq yaradıldığı bütün əsas prinsiplərə zidd olduğunu deyib və Tunisdən Fələstin ərazilərinə qayıtmaqdan imtina edib.

2004-cü ildə Yasir Ərəfatın ölümündən sonra əl-Qəddumi yenidən aktiv siyasi fəaliyyətə qayıtdı və hakimiyyət uğrunda mübarizədə Mahmud Abbasın əsas rəqiblərindən birinə çevrildi. Məğlubiyyətdən sonra o, Abbası Ərəfata qarşı sui-qəsddə iştirak etməkdə və onu zəhərləməkdə ittiham etməyə çalışıb. Bu versiya hələ ki, təsdiqini tapmayıb və Fələstin prezidentinin özü bütün ittihamları rədd edib. Əl-Qəddumi ömrünün sonuna kimi siyasi rəqibini İsraillə qarşılıqlı fəaliyyət strategiyasına görə tənqid etməyi dayandırmadı və radikal anti-İsrail ritorikası ilə çıxış edib. (Tass)

Əvvəlki Yazı

Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub

Növbəti Yazı

Serbiya hakimiyyəti Makronun səfərini təsdiqləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.