Sentyabr 8, 2025-11:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Akademik Maqsud Əliyevin 100 illik yubileyinə həsr edilən konfrans keçiriləcək

2024:08:22 - 14:38
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi nəzərdə tutur.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.

Maqsud İsfəndiyar oğlu Əliyev 1924-cü il avqustun 27-də Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1941-ci ildə Tbilisi Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olub, İkinci Dünya müharibəsində iştirak etdiyi üçün təhsili yarımçıq qalıb və 1950-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1957-ci ildə fizika üzrə fəlsəfə doktoru və 1966-cı ildə elmlər doktoru elmi dərəcələrini, 1967-ci ildə professor elmi adını alıb, 1969-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.

1961-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunda baş elmi işçi, sonra isə Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının müdiri olub, bir sıra təhsil ocaqlarında pedaqoji fəaliyyətini davam etdirib. 1971-ci ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini, Fizika İnstitutunda Ümumi sektorun rəhbəri vəzifələrində çalışıb.

Maqsud Əliyev klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olub. Onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilib, bəzi yarımkeçirici-metal evtektikalarında ifratkeçirmə və Cozefson effekti tədqiq olunub. İlk dəfə olaraq A3B5 birləşmələri və onların bərk məhlullarının istilik keçirməsinin tədqiqinə dair işlərə rəhbərlik edib. Bu tədqiqat işləri sayəsində onun elmi məktəbi yaranıb və hazırda həmin məktəbin nümayəndələri təkcə Fizika İnstitutunda deyil, həmçinin respublikamızın və başqa ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.

M.Əliyev 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilib, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” adına layiq görülüb.

“Şöhrət” ordeni (2004), “Almaniya üzərində Qələbə” medalı (1946), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986), akademik Y.Məmmədəliyev adına mükafat və medal (1994), “Sülhün səfiri” beynəlxalq diplomu (2003) ilə təltif olunub.

Akademik Maqsud Əliyev 23 dekabr 2016-cı ildə vəfat edib.

Əvvəlki Yazı

Ankara və Bağdad arasındakı memorandum Türkiyə Silahlı Qüvvələrinin İraqdan çıxarılmasını nəzərdə tutmur.

Növbəti Yazı

Dövlət Duması Trampın ABŞ-da silah qıtlığı ilə bağlı bəyanatını seçkiqabağı ikiüzlülük kimi qiymətləndirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.