Livanın cənubunda yerləşən Teir Harfa kəndi İsrail hərbçiləri tərəfindən vurulub. Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, atışma zamanı 3 nəfər həlak olub. Ölənlərin hamısının Livan şiə hərəkatı Hizbullahın tərəfdarları olduğu iddia edilir. (Tass)