Air France Livan Hizbullah hərəkatı ilə İsrail ordusu arasında son mübadilə fonunda yenidən İsrail və Livana uçuşları dayandırdığını elan edib. Bu barədə Agence France-Presse şirkət nümayəndəsinin bəyanatına istinadən xəbər verir.
“Beyrut və Təl-Əvivə uçuşlar ən azı avqustun 26-dək dayandırılıb. Bu gün və sabaha planlaşdırılan uçuşlar ləğv edilib”, – Air France bildirib. Növbəti uçuşlarla bağlı daha ətraflı məlumat bazar ertəsi günü veriləcək. (Tass)