İsrailin Livana hücumları Yaxın Şərq regionunda ciddi və gözlənilməz nəticələrə səbəb ola bilər. Bunu Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla deyib.
Nazir özünün X (keçmiş Twitter) səhifəsində yazıb: “İsrail ABŞ-ın ona göstərdiyi hərbi dəstək sayəsində Yaxın Şərqdə münaqişənin təhlükəli eskalasiyasına çalışır Livan bölgədə ciddi və gözlənilməz nəticələrə səbəb ola bilər”.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat vermişdi ki, avqustun 25-də səhər saatlarında radikalların İsrail ərazisinə raket zərbəsi endirməyə hazırlığı ilə əlaqədar qırıcı təyyarələr Livandakı Hizbullah hədəflərinə hücum edib. İsrailin müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb. Daha sonra Livandan İsrailə doğru 320-dən çox raket atılıb. (Tass)