İyun 21, 2025-14:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Politoloq: Özbəkistanla Azərbaycan arasında münasibətlər digər Mərkəzi Asiya dövlətləri üçün də nümunə olmalıdır

2024:08:26 - 10:52
in SİYASƏT
A A

Özbəkistanla Azərbaycan arasında münasibətlər digər Mərkəzi Asiya dövlətləri üçün də nümunə olmalıdır.Bunu “Report”a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.O bildirib ki, Azərbaycan lideri İlham Əliyevin Özbəkistana səfəri və həmkarı Şavkat Mirziyoyevlə görüşü mühüm hadisə idi: “Dövlət başçıları birgə mətbuat konfransında da bu barədə fikirlər səsləndirdilər. Görünən odur ki, hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır. Səfər çərçivəsində müxtəlif sahələrdə imzalanan sənədlər də bunu deməyə əsas verir. Düşünmək olar ki, gələcəkdə əlaqələrimiz daha da inkişaf edəcək. Hərçənd, bəzi Avropa dövlətləri və ABŞ bunu istəmir və prosesin qarşısını mümkün qədər almağa çalışır”.Ə.İbrahimovun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafını qəbul etmək istəməyənlər var: “Amma rəsmi Bakı öz müstəqil xarici siyasətini yeridir. Ancaq öz maraqlarını, mənafelərini nəzərə alır. Azərbaycanın Mərkəzi Asiya və Türk dövlətləri ilə əlaqələrini inkişaf etdirməsi həm bizim, həm də onların maraqlarına xidmət edir. Bu, həm rəsmi Bakının, həm də partnyor dövlətlərinin daha da inkişafı deməkdir. Həmçinin qarşılıqlı əlaqələrin inkişafı Türk dövlətləri arasında inteqrasiyaya da töhfə verir. Bu isə onu göstərir ki, Azərbaycan Türk dövlətlərinin inkişafında mühüm rol oynayır”.Politoloq söyləyib ki, Özbəkistanın Azərbaycanın Türkiyədən sonra ikinci müttəfiqi olması ciddi hadisədir: “Bu, həm siyasi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Müttəfiqlik Bakı-Daşkənd münasibətlərinin yeni səviyyəsidir. Əlbəttə, əlaqələrimiz bununla kifayətlənməyəcək və daha da inkişaf edəcək. Bu isə öz növbəsində digər Mərkəzi Asiya dövlətlərinin də Azərbaycanla münasibətlərinin inkişafına töhfə verəcək. Ümumiyyətlə, Bakı-Ankara münasibətləri digər Türk dövlətləri üçün bir növ ilham mənbəyi olub. Onu da nəzərə almaq lazımdır ki, inkişaf edən əlaqələr sözdə deyil, əməldə özünü göstərir”.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-24-də Özbəkistanda dövlət səfərində olub. O, həmkarı Şavkat Mirziyoyevlə görüşüb. Səfər çərçivəsində tərəflər arasında 12 sənəd imzalanıb.

Əvvəlki Yazı

Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” bağlanış konserti keçirilib

Növbəti Yazı

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.