ABŞ və NATO ölkələri tədricən Gürcüstanda strateji təsir imkanlarını itirirlər. Bu fonda onun Rusiya ilə yaxınlaşması perspektivləri yaranır ki, bu da Vaşinqton üçün ciddi geosiyasi xərclərlə nəticələnə bilər, Amerikanın Newsweek jurnalı yazır.
“Gürcüstan Avrasiyanın daxili regionları ilə Avropa arasında birləşdirici dövlətdir ki, bu da onu Qərbin enerji şaxələndirilməsi səyləri, xüsusən də Xəzərin enerji resursları üçün tranzit nöqtəsi olması baxımından mühüm edir. ”, – deyə nəşr Atlantik Şurasının Avrasiya Mərkəzinin əməkdaşı Laura Lindermandan sitat gətirir. Onun fikrincə, “Gürcüstanın Rusiyanın orbitinə çıxması” Qərb üçün “rüsvayçılıq və əhəmiyyətli uğursuzluq” olardı.
Jurnal hesab edir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı son etirazlar Tbilisi ilə Qərb arasında münasibətlərin inkişaf perspektivlərinə mənfi təsir göstərib. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderlərinin Qərbin “psevdoliberal ideologiyalarını” rədd etməsi və Gürcüstanın hərbi münaqişələrə cəlb olunmasının yolverilməzliyi ilə bağlı bəyanatları da ABŞ-ın ölkədəki mövqelərinin tədricən itirilməsini əks etdirir”, – nəşr yazır. (Tass)