İsrailin milli təhlükəsizlik nazirinin Məbəd dağında sinaqoq tikmək niyyətini açıqlaması İsrailin Qüdsün statusunu və kimliyini dəyişmək cəhdlərinin son dərəcə təhlükəli nümunəsidir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidində sinaqoq tikintisi ilə bağlı açıqlaması İsrailin Qüdsün və onun müqəddəs yerlərinin statusunu və şəxsiyyətini dəyişdirmək cəhdlərinin yeni və son dərəcə təhlükəli nümunəsidir İslam dünyasında qəzəb və bütün ağıllı insanları təşvişə salıb”, – bəyanatda deyilir.
Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, sırf müsəlmanlara məxsus olan Məscidül-Əqsaya qarşı təxribatlar “müsəlmanların hisslərini təhqir edir və bütün dünyada gərginliyə səbəb olur”. Bəyanatda deyilir: “İsrail hökumətinin Fələstin xalqına qarşı hücumları regional və qlobal sabitliyi hər gün daha çox təhdid edir. Artıq beynəlxalq ictimaiyyətin İsrail təcavüzünü dayandırmaq və Fələstin xalqını qorumaq üçün hərəkətə keçməsinin vaxtı çatıb”. (Tass)