Rusiya ilə sərhəddə Finlandiya keçid məntəqələrinin açılması üçün heç bir ilkin şərt yoxdur. Finlandiya prezidenti Alexander Stubb bu barədə Yle telekanalında bildirib.
Stubb, “Hazırda, bu anda sərhədi yenidən açmaq üçün heç bir şərait yoxdur” deyib.
Müsahib, Stubbın Rusiya sərhədlərinin açılmasından bir neçə saat sonra gəlməyə hazır olan 1000 miqrantla bağlı əvvəlki təxmininin doğru olub-olmadığını soruşub.
“Bu [kəşfiyyat] heç dəyişməyib” deyə Stubb cavab verdi. Finlandiya prezidenti əlavə edib ki, miqrant axını ilə bağlı vəziyyətin təkrarlanmayacağına əminlik olduqda sərhəd açıla bilər.
Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək 2023-cü ilin noyabr ayından Rusiya Federasiyası ilə sərhəddəki avtomobil keçid məntəqələrini bağlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır və Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.