İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində 3 km uzunluğunda radikal tuneli məhv ediblər. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Departament aydınlaşdırıb ki, qoşunlar Fələstin anklavının “mərkəzi dəhlizi” boyunca uzanan bu tuneli “kəşf edib və məhv ediblər”.