İyun 19, 2025-3:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi Cənubi Koreyada mükafat qazanıb

2024:08:28 - 17:13
in MƏDƏNİYYƏT
A A

Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi Cənubi Koreyada keçirilən sənədli film festivalı – “EBS International Documentary Festival”da Qran-Pri qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə rejissor özü məlumat verib.

2024-cü ilin istehsalı olan tammetrajlı sənədli film (xronometrajı 87 dəqiqə) Azərbaycan və talış dillərində çəkilib. Ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Ekran əsəri bundan öncə Almaniyada (Köln şəhəri) kino sahəsi üzrə nüfuzlu mükafatlardan sayılan, operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında yer almışdı. Almaniyanın WDR və ZDF teleradio şirkətləri tərəfindən dəstəklənən müsabiqədə “Kinomexanikin qayıdışı” “Təsvir həllinə görə” nominasiyasında (operator Daniel Quliyev) fərqlənmişdi.

Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq, kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar. Bunun üçün kənd sakinlərini kino ekranı üçün yer tikməyə inandırmaq, köhnə proyektorları təmir etmək, rəhbərlikdən icazə almaq və s. lazımdır…

 

Əvvəlki Yazı

Narkotik satışına görə 3 nəfər həbs edilib

Növbəti Yazı

Müsahibədə uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən müəllimləri nə gözləyir?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.