İraqın hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında yerləşən eyniadlı vilayətin inzibati mərkəzi olan Kərkük şəhəri üzərində səmada türk pilotsuz təyyarəsini vurub. Bu barədə Shafaq News informasiya portalı məlumat yayıb .
Onun bölgədəki hava hücumundan müdafiə qüvvələrindəki mənbəsinin sözlərinə görə, Türkiyəyə məxsus PUA qonşu Süleymaniyyə əyalətindən İraqın hava məkanına daxil olub. Pilotsuz təyyarə öldürmə zonasına daxil olan kimi İraq hərbçiləri tərəfindən vurulub. Fövqəladə hallar xidmətinin nümayəndələri portala bildiriblər ki, pilotsuz təyyarənin düşməsi zamanı baş verən partlayış Kərkükdə yaşayış binasında yanğına səbəb olub, lakin hadisə nəticəsində tələfat olmayıb.
Türkiyə tərəfi PUA-nın qəzaya uğraması ilə bağlı hələlik şərh verməyib. (Tass)