Birləşmiş Ərəb Əmirlikləri sahibkarın işi ilə bağlı Telegram-ın həmtəsisçisi və BƏƏ vətəndaşı Pavel Durov və Fransa hakimiyyətinin nümayəndələri ilə əlaqə saxlayır. Bu barədə BƏƏ hökumətindəki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
“BƏƏ öz vətəndaşlarının rifahına, onların mənafeyini qorumağa və onlara kömək etməyə ən yüksək prioritet verir” deyib rəsmi bəyanatda. (Tass)