Avqustun 30-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə başlanılıb. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq.Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.