İyun 16, 2025-12:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gəncə Teatrı yeni mövsümü Əziz Nesinin “Toros canavarı” komediyası ilə açacaq

2024:08:30 - 15:07
in MƏDƏNİYYƏT
A A

Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümə sentyabrın 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə start verəcək.

AZƏRTAC xəbər verir ki, hazırda teatrda Rey Kuninin “Nömrə 13” komediyasının qurama məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, Aslan Şirin (Akademik Milli Dram Teatrından dəvətli), eləcə də aktyorlar Ruslan Hüseynov, Murad Meyfaliyev, Şəlalə Rüstəmova, Samir Abbasov, Zeynəb Hüseynova və Elmir Məmmədov ifa edirlər.

Türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında eyniadlı tamaşasının da məşqləri gedir. Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur. Musiqili tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova oynayacaqlar.

Cari ilin sonuna qədər teatrda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının (rejissor Əməkdar incəsənət xadimi Mirbala Səlimli) və Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” (rejissor Elşad Əhmədov) dramatik tamaşalarının da təqdimatı nəzərdə tutulub.

Əvvəlki Yazı

Ukrayna səfiri Braziliyaya inamın olmamasından şikayətlənib

Növbəti Yazı

Azərbaycan və Belarus arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.