Vilnüs litvalı namizəd Andrius Kubiliusun müdafiə sənayesi üzrə Avropa komissarı portfelini almasını istərdi. Bunu Litvanın müdafiə naziri Laurinas Kasciunas Aİ ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən görüşündən əvvəl deyib.
“Düşünürəm ki, bu (müdafiə sənayesi üzrə komissarın portfeli – TASS) yaxşı seçim olardı”, – Delfi portalı Kasciunas-dan sitat gətirir.
Avqustun 22-də Litva prezidenti Gitanas Nauseda Kubiliusun Litva üzrə Avropa komissarı vəzifəsinə namizədliyini rəsmən təsdiqləyib. Litvalı siyasətçi 1999-2000 və 2008-2012-ci illərdə respublikanın baş naziri olub. Hazırda Kubilius Avropa Parlamentinin üzvüdür. (Tass)