İyun 16, 2025-21:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Missiya rəhbəri: ŞƏT-in müşahidəçi qismində dəvət olunması Azərbaycanın şəffaflıq istəyindən xəbər verir

2024:09:02 - 11:23
in SİYASƏT
A A

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi kimi dəvət olunması Azərbaycanın seçkilərdə demokratiya və aşkarlığa can atdığını göstərir.“Report” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ŞƏT müşahidəçilər missiyasının rəhbəri, təşkilatın baş katibinin müavini Nuran Niyazəliyev deyib.O qeyd edib ki, missiyada təşkilatın üzvü olan səkkiz ölkədən 16 müşahidəçi akkreditə olunub.“Biz Azərbaycan tərəfindən dəvət alan kimi ŞƏT-ə üzv dövlətlər yekdilliklə təşkilatın iştirakını dəstəkləyib və müşahidəçilər missiyası formalaşdırıb”, – N.Niyazəliyev bildirib.O, missiyanın maneəsiz şəkildə lazımi məlumatları aldığını, sərbəst şəkildə bütün seçki məntəqələrinə baş çəkdiyini, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı həyata keçirilən işlərlə hərtərəfli tanış olduğunu vurğulayıb.“Azərbaycanda hərtərəfli monitorinq fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb ki, bu da maksimum açıqlığın, şəffaflığın və ölkənin demokratik prinsiplərə sadiqliyinin təsdiqidir”, – missiya rəhbəri əlavə edib.N.Niyazəliyev qeyd edib ki, hazırlıq dövründə missiya üzvləri Bakı və ətraf ərazilərdə 57 məntəqəyə baş çəkiblər. “Xüsusilə qeyd etmək istərdik ki, həmkarlarımız seçki komissiyası ilə razılaşdırmadan seçki məntəqələrində olublar və buna heç bir maneə yaradılmayıb”, – o əlavə edib.

Əvvəlki Yazı

Ombudsman: Parlament seçkiləri yüksək fəallıqla, demokratik, azad, şəffaf, ədalətli keçirilib

Növbəti Yazı

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.