İyun 17, 2025-1:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Kitabxanada Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyova həsr olunmuş kitab sərgisi açılıb

2024:09:02 - 12:26
in MƏDƏNİYYƏT
A A

Bu gün görkəmli bəstəkar, professor, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun anadan olmasının 75-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov” adlı geniş kitab sərgisi açılıb.Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dilində ədəbiyyatlar nümayiş olunur.Sərgi bir həftə davam edəcək.Qeyd edək ki, İsmayıl Hacıbəyov 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini professor Qara Qarayevin sinfi üzrə bitirib. O, Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq kimi daxil olmuşdur. Əsərləri arasında simfonik orkestr üçün uvertüra, simli kvartet, kamera orkestri üçün konsertino, skripka violonçel və orkestr üçün ikili konsert, fortepiano və orkestr üçün “Cəngi” rapsodiyası, fortepiano üçün “Vatto üslubunda eskizlər”, qarışıq xor və orkestr üçün “Memorial” kantatası və digər əsərlər xüsusi yer tutur. Üç pərdəli “Firuzə” operasının müəllifidir.Azərbaycan Dövlət Konservatoriyasının professoru İsmayıl Hacıbəyov ömrünün sonuna kimi bəstəkarlıq və polifoniya üzrə dərs deyib.

Əvvəlki Yazı

Antalyada “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılıb

Növbəti Yazı

Azərbaycan və Serbiya XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.