Çin Xalq Azadlıq Ordusu (PLA) sentyabrın 2-4-də Cənubi Çin dənizində canlı döyüş təlimi keçirəcək. Bu barədə Çin Xalq Respublikasının Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Departamentin saytında qeyd olunub ki, manevrlər koordinatları bəyanatda verilmiş dörd qonşu ərazidə keçiriləcək. Təlimlər sentyabrın 4-də Pekin vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə 08:00) başa çatacaq.
Dərc edilmiş koordinatlara görə, atışma Tayvan adasından təxminən 300 km qərbdə, Şantou şəhəri yaxınlığında (Cənubi Quanqdonq əyaləti) sularda aparılacaq.
PLA döyüş komandanlığının cənub zonası bu məlumatı WeChat-da təkrarlayaraq manevrləri təsdiqləyib. (Tass)