Türkiyə hakimiyyəti BRİKS-ə üzv olmaq üçün müraciət edib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır. Bloomberg agentliyinin məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in qarşıdan gələn sammitində baxıla bilər. (Tass)