Almaniya hökuməti altı IRIS-T SLM hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi üçün vəsait ayırmaq, həmçinin Bundesverə eyni tipli altı silah tədarük etmək niyyətindədir. Bu barədə Reuters danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.
“Almaniya Ukraynaya daha altı IRIS-T SLM zenit-raket kompleksini pulsuz təhvil verməyi planlaşdırır və öz hərbi hava qüvvələri üçün əlavə altı IRIS-T SLM qurğusu almaq niyyətindədir”, – agentliyin həmsöhbəti bildirib.