Malayziyanın baş naziri Ənvər İbrahim Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşdə ölkəsinin BRİKS-ə qoşulmaqda maraqlı olduğunu açıqlayacaq. Bu barədə Malayziya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Baş nazir Ənvər İbrahim Vladivostokda keçiriləcək 9-cu Şərq İqtisadi Forumunda iştirak etmək üçün 4-5 sentyabr tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcək. Gözlənilir ki, baş nazir “Nazir və prezident Putin Rusiya-ASEAN biznes tərəfdaşlığı kontekstində əməkdaşlığı müzakirə edəcəklər. ” deyə bəyanatda bildirilir.