İsrailli girovların qətli araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi məlumat yayıb.
“Fələstin silahlı qruplarının altı israilli girovu birdəfəlik edam etməsi ilə bağlı xəbərlərdən dəhşətə gəlirik ki, bu, müharibə cinayəti ola bilər”, – OHCHR X-də (keçmiş Twitter) dərc edilən bəyanatda deyilir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk “müstəqil, qərəzsiz və şəffaf təhqiqat aparılmasına və günahkarların məsuliyyətə cəlb olunmasına çağırır”, – OHCHR qeyd edib.
Sentyabrın 1-də İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, avqustun 31-i axşam saatlarında Rafah ərazisindəki yeraltı tunellərdən birində altı israilli girovun cəsədi aşkar edilib. Ölənlər arasında Rusiya vətəndaşlığı olan Aleksandr Lobanov da var. (Tass)